Azərbaycandan olan biznesmen Batumidə 7 göydələn inşa edəcək

Azərbaycandan olan biznesmen Batumidə 7 göydələn inşa edəcək
Hurriyyet.az “Gruzia Onlayn” portalına istinadla xəbər verir ki, Azərbaycandan olan biznesmen Batuminin mərkəzindəki Kaxaberi rayonunda 7 ədəd göydələn inşa etməyə hazırlaşır. Bu barədə məlumatı “Batumelebi” nəşri yayıb. Nəşrin yazdığına görə əslən türkiyəli olan biznesmen Emin Uçarın “Marqo Qrup” şirkəti Batumi ərazisində 8 hektardan artıq sahəni satın alıb. Maksimum 50 mərtəbəyə çatacaq 7 binadan ibarət çoxfunksiyalı kompleksin tikilməsi planlaşdırılır. Burada yaşayış, ticarət, otel, əyləncə və yaşıllıq zonalarının olması nəzərdə tutulur.

Müvafiq sənədlərin artıq Batumi bələdiyyəsinə təqdim edildiyi qeyd edilir. Layihənin müəllifi isə bələdiyyənin şəhər inşaatı və tikinti siyasəti idarəsinin keçmiş rəhbəri Mirian Metrevelidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...