Donetsk vilayətində azərbaycanəsilli şəxs öldürülüb

Donetsk vilayətində azərbaycanəsilli şəxs öldürülüb
Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Qəniyev Əhədulla Şirxan oğlu öldürülüb.

Soydaşlarımızın "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub.

O, uzun illərdir Donetskdə yaşayırmış.

Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları qətlə yetirib.

Belə ki, silahlılar Makeevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...