Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edilib

Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edilib
Ermənistanda keçmiş məmurların həyat yoldaşları ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıblar.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, qadınların əksəriyyəti uşaq bağçalarının direktorlarıdır. Onların adları yaxın vaxtlarda açıqlanacaq. Qəzet yazır ki, onlar uşaq bağçalarında mənimsəmələrlə bağlı aparılan istintaq çərçivəsində dindiriləcəklər.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan MTX uşaq bağçalarını qidalandırmaqdan qazanc əldə edən cinayətkar dəstənin üstünü açdığını bəyan edib.

İş materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdıraraq məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməkliyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər. Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Beş nəfər həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...