“HƏMAS lideri şəxsən Qəzzadakı girovlarla görüşüb”

“HƏMAS lideri şəxsən Qəzzadakı girovlarla görüşüb”
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal təşkilatının lideri Yəhya Sinvar anklavda saxlanılan bir qrup girovla şəxsən görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Bildirilir ki, Qəzzada müvəqqəti atəşkəslə bağlı razılaşmalar çərçivəsində bir müddət əvvəl azad edilən keçmiş girovlardan biri Sinvarla görüşdən danışıb.
Qadın oğurlandıqdan sonra ilk günlərdə bir qrup digər girovla birlikdə Qəzza zolağında tunellərdən birində saxlanıldığını və bir gün özünü Yəhya Sinvar kimi təqdim edən bir nəfərin onlarla söhbət etməyə gəldiyini ailəsinə deyib: “Mükəmməl, ləhçəsiz ivrit dilində, o bizi salamladı və həyatlarımızın təhlükəsiz olduğuna əmin etdi”.
Bu xəbərin İsrail rəsmiləri tərəfindən də təsdiqləndiyini kanal qeyd edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...