Rusiya gübrə ixracına qoyulan kvotanın müddətini uzadıb

Rusiya gübrə ixracına qoyulan kvotanın müddətini uzadıb
Rusiya hökuməti mineral gübrələrin ixracı üçün kvotaları 2024-cü il mayın 31-dək uzadıb.

“Report” xəbər verir ki, qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Qərar daxili bazarda kifayət qədər miqdarda gübrə saxlamaq məqsədi daşıyır.

Ümumi ixrac kvotası təxminən 17 milyon ton, o cümlədən azot gübrələri üzrə 9,8 milyon ton, kompleks gübrələr üzrə isə 7,1 milyon tondan çox olacaq.

Həcmlərin ixracatçılar arasında bölüşdürülməsi Sənaye və Ticarət Nazirliyinə həvalə edilib, qurum noyabrın 27-dək paylanmasını təmin etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...