“Hizbullah” oktyabrın 7-dən İsrailə 1 000-dən çox raket atıb

“Hizbullah” oktyabrın 7-dən İsrailə 1 000-dən çox raket atıb
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS-ın ölkəyə hücumundan sonra “Hizbullah” qruplaşması İsrailə 1 000-dən çox raket atıb.

“Report” xəbər verir ki, onun sözlərini “The Times of Israel” nəşri sitat gətirib.

“Ən şiddətli döyüşlərin Qəzzada olmasına baxmayaraq, müharibə bir çox cəbhədə davam edir”, - o vurğulayıb.

Bununla yanaşı, Qalant bildirib ki, İsrail “Hizbullah”a qruplaşmanın yəhudi dövlətinə vura biləcəyindən daha çox zərər vurub.

Daha əvvəl “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin 14 postuna hücum etdiyini açıqlayıb.

Oktyabrın 7-də HƏMAS “Əl-Əqsa” daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə yaraqlının İsrailə keçməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...