Avropa komissarı: “Miqrantlar olmadan Aİ iflic vəziyyətinə düşəcək”
Avropanın daxili işlər üzrə komissarı İlva Yuhansson miqrantlar olmadan Avropanın iflic vəziyyətinə düşəcəyini hesab edir.
“Report” EFE agentliyinə istinadən xəbər verir ki, o, bu barədə fikri İspaniyada qanuni miqrasiya ilə bağlı yüksək səviyyəli konfransda bildirib.
“Miqrantlar olmasaydı, Avropa əziyyət çəkərdi. Miqrantlar Aİ-də fəaliyyətlərini dayandırsalar, Avropa iflic vəziyyətinə düşəcək”, - avrokomissar deyib.
“Miqrasiya idarə oluna bilər, bu normaldır və bizi qorxutmamalıdır. Bəli, problemlər və çətinliklər ola bilər, lakin biz onların öhdəsindən gələ bilərik, çünki miqrasiya bizə lazımdır”, - İ.Yuhansson söyləyib.
Siyasətçinin sözlərinə görə, keçən il 3,5 milyon insan Avropaya qanuni, daha 370 min nəfər isə qeyri-qanuni yollarla daxil olub.
“Heç kim qanuni yolla gələnlər haqqında danışmır, halbuki onlar Avropaya gələn miqrantların əksəriyyətini təşkil edir, onların əksəriyyəti işləmək üçün gəliblər və bu, təşviq edilməli olan marşrutdur, qeyri-qanuni marşrut isə minimuma endirilməlidir”, - İ.Yohansson fikrini tamamlayıb.
541 dəfə oxundu