Məşhur cinayətkar Türkiyədə saxlanıldı: ABŞ 5 milyon dollara vəd edib

Məşhur cinayətkar Türkiyədə saxlanıldı:
Beynəlxalq axtarışda olan və ABŞ-ın barəsində 5 milyon dollar vəd etdiyi İsveç vətəndaşı Maksimilian Rivkin Türkiyədə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” İsveçin "Aftonbladet” qəzetinə istinadən məlumat yayıb.

Birləşmiş Ştatlar 2023-cü ilin iyulunda Rivkini axtarışa verib və onu həbs etməyə kömək edəcək məlumat üçün 5 milyon dollar vəd edib. Bundan sonra İsveç polisi də onu axtarışa verib.

FTB Rivkini 2018-ci ildə, kəşfiyyat xidmətinin özü tərəfindən kriminal aləmdən insanları cəlb etmək və onlara nəzarət etmək üçün yaratdığı gizli "Anom” messenceri vasitəsilə ifşa edib.

Rivkin İsveçin Örebro şəhərinin məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağır cinayətlər törətdiyinə görə qiyabi mühakimə olunur. Digər cinayətlərlə yanaşı, o, külli miqdarda narkotik qaçaqmalçılığında şübhəli bilinir.

Noyabrın 4-ü axşam saatlarında Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Rivkin və daha bir neçə nəfər İstanbulda reyd zamanı saxlanılıb.

Nazirin sözlərinə görə, Maksimilian Rivkin bundan əvvəl saxta Bolqarıstan pasportundan istifadə edərək Türkiyə vətəndaşlığını ala bilib.
Türkiyə artıq onun vətəndaşlıqdan çıxarılması proseduruna başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...