Saakaşvili: "Rusiyadan Gürcüstana diversiya qrupu daxil olub"

Saakaşvili: "Rusiyadan Gürcüstana diversiya qrupu daxil olub"
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, onda olan məlumata görə, Gürcüstanda məqsədi sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək olan təxribat qrupu sızıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə xəstəxanadan canlı yayımla qoşulduğu məhkəmə prosesində bildirib.

Saakaşvili turistlər və ya qaçqın adı altında Gürcüstana gələn ruslardan ibarət qrupu nəzərdə tutduğunu deyib:

"Mən mülki özünümüdafiə üçün "qaynar xətt" yaratmaq istəyirəm, orada hər bir vətəndaş zəng edib şübhəli anti-Gürcü hərəkətləri barədə məlumat verə bilər", deyə eks-prezident qeyd edib

Saakaşvili qeyd edib ki, ictimaiyyət ölkəyə ziyarətə gələn ruslara, xüsusən də atletik bədən quruluşuna malik ruslara qarşı ayıq-sayıq olmalıdır.

Eks-prezident Rusiyanı yırtıcı adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...