Fransa konsulu Qafanda hansı fransıza xidmət edəcək?
İranın ardınca, Rusiya və Fransa Qərbi Zəngəzurda (Qafanda - red.) konsulluq açmağa hazırlaşır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər. Yəqin bu dövlətlərdən biri də Kanada olacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Kanada XİN başçısı Melani Jolinin erməni həmkarı Ararat Mirzoyanla İrəvanda keçirdiyi mətbuat konfransı haqda deyib.
O bildirib ki, Kanadanın İrəvanda səfirliyi elə dünən açıldı:
“Bu dövlətlər İrəvanın ağlaşmalarına və Qərb mediasında “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək” səpkili yazılara o qədər inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər. Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur, bu ölkələr konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə vətəndaşlarına xidmət etməkdir, Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var?”
512 dəfə oxundu