“Şamaxı şoru” niyə Bərdədə İSTEHSAL olunur? – FOTOFAKT
El arasında “Şamaxı şoru” brend adı ilə məşhurlaşan məhsul Bərdədə istehsal olunur.
Bu barədə sözügedən qida məhsulunun etiket məlumatında qeyd olunub. Bərdə şəhəri Həzi Aslanov küşəsi 119 ünvanında istehsal olunan “Şamaxı şoru” fiziki şəxs Cabbarov Rasim Cabbar oğluna məxsusdur.
Ölkənin iri marketlərində satışa çıxarılan məhsulun aid olduğu məkanla, istehsal olunduğu yerin fərqli olması maraq və təəccüblə qarşılanıb.
Bu, həm də istehlakçı aldadılması kimi dəyərləndirilib. Üstəlik əhaliyə təbii ağartı adı ilə satılan şorun tərkibində nələr olub-olmadığı da məlum deyil. Düzdür, sözügedən məhsulun etiket məlumatlarında tərkibi qeyd olunub. Amma dadı ilə məşhur olan “Şamaxı şoru”nun yerini verirmi?
Maraqlıdır, Bərdədə istehsal olunan “Şamaxı şoru”nun tərkibi aidiyyəti qurumlar tərəfindən yoxlanılıbmı?
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan hal birbaşa istehlakçı hüquqlarının pozulmasıdır:
“Bu kimi əcaib vəziyyət “İvanovka” mallarında da var. “İvanovka” ya aid olmayan, amma o adda istehsal olunan yağ, çörək və şərab məhsulları var. İllərdir ki, bununla bağlı mübarizə aparırıq. “Coğrafi adlar haqqında” qanuna görə malın adında yer göstərilirsə, məhsul da orada istehsal olunmalıdır.Ən azı xammalı ora aid olmalıdır.
Bu, cür markalanma qeyd etdiyim qanuna ziddir. Bərdədə istehsal olunub, “Şamaxı şoru” adı altında satılan mal nişanı ola bilməz ki, dövlət qeydiyyatından keçmiş olsun. Bu, məsələ istehlakçı aldadılmasıdır”.
Azərbaycan Qida Təhlükəsizliyinin mətbuat katibi İlkin Kərimov sorğumuza cavab olaraq bildirib ki, coğrafi adlar məsələsi AQTA-nın predmeti deyil, aidiyyəti üzrə müraciət edilməlidir.
741 dəfə oxundu