Kanada İranın nüvə sektoruna qarşı sanksiyalar tətbiq edib

Kanada İranın nüvə sektoruna qarşı sanksiyalar tətbiq edib
Kanada İranın 18 fiziki şəxs və 56 təşkilatını sanksiyalar siyahısına əlavə edib.

“Report” hökumətin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, onlar nüvə silahı və ballistik raketlərin istehsalı ilə əlaqəli ola bilərlər.

“Bu, Kanadanın İran rejimini nüvə silahının yayılması və ballistik raket fəaliyyətinin əvəzini ödəməyə məcbur etmək üçün davam etdirdiyi səydir”, – sənəddə deyilib.

Bundan əlavə, siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) və əlaqədar strukturların yüksək rütbəli nümayəndələri də daxil edilib.

Açıqlamada deyilib ki, Kanada nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiya siyasətini davam etdirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...