İsrail ordusu Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib

İsrail ordusu Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib
İsrailin Müdafiə Ordusu Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun teleqram kanalında xəbər verilib.

Bundan əlavə, İsrail ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatının liderlərindən biri Usamə Mazinini öldürdüyünü bildirib. Onun məhbuslara rəhbərlik etdiyi və İsrailə qarşı terror fəaliyyətinə rəhbərlik etdiyi iddia olunur.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla təxminən saat 6:30-da HƏMAS silahlıları müxtəlif hesablamalara görə, Qəzza zolağından İsrailə 2,5 mindən 5 minədək raket atıb, sonra isə ölkənin sərhəd bölgələrinə daxil olaraq, yüzlərlə əsir götürüblər. Hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Bildirilib ki, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Buna cavab olaraq İsrail hələ də davam edən hərbi əməliyyata başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...