"Ordu ölkəni müdafiə etmək üçün vəzifələrini yetirə bilmədi" - İsrailin Baş Qərargah rəisi

 "Ordu ölkəni müdafiə etmək üçün vəzifələrini yetirə bilmədi" -
İsrail Baş Qərargah rəisi Herzi Halevi deyib ki, İsrail ordusu şənbə günü HƏMAS-ın hücumu zamanı ölkəni müdafiə etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qalei Tzahal" radiosu məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri ölkənin və vətəndaşlarının təhlükəsizliyinə cavabdehdir. Lakin şənbə günü öhdəliyimizi yerinə yetirə bilmədik və bunun nə üçün baş verdiyini öyrənəcəyik...”, deyə o bildirib.

Halevi həmçinin "Hizbullah" və onun tərəfdarlarına İsrail və HƏMAS arasındakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə bir neçə min raket atmasından və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan etməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...