HƏMAS İsraillə danışıqlar aparmaq istəyir

HƏMAS İsraillə danışıqlar aparmaq istəyir
"Fələstinin radikal HƏMAS hərəkatı İsraildəki əməliyyatının məqsədlərinə nail olub və hazırda istənilən müzakirələrə və siyasi dialoqa açıqdır".

Qaynarinfo xəbər verir ki, bunu "Əl-Cəzirə” telekanalına müsahibəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.

Əbu Mərzuk hərəkatın danışıqlara açıq olduğunu vurğulayıb.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki tərəfin liderləri ilə telefon danışığı zamanı İsrail və Fələstinə mövcud böhranın həllində vasitəçilik təklif edib. Bu barədə "RİA Novosti" türk diplomata istinadən xəbər yayıb.

"Deyə bilərəm ki, bunlar çox konstruktiv danışıqlar idi. Cənab prezident tərəfləri atəşkəsə və danışıqları bərpa etməyə çağırıb”, deyə diplomat bildirib.

Qeyd olunur ki, Türkiyə İsrailin Qərb müttəfiqlərinə münaqişənin genişlənməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib. Ötən gün İsrail bütün ərazilərin nəzarətə götürüldüyünü elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...