Gürcüstan prezidentinə qarşı impiçment prosesi başladılır

Gürcüstan prezidentinə qarşı impiçment prosesi başladılır
Gürcüstanın hakim partiyası “Gürcü arzusu - Demokratik Gürcüstan” hökumətin imtinasına baxmayaraq, Prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayır.
Yeniavaz.com xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
“İmpiçmentin başa çatdırılması üçün 100 deputatın dəstəyi lazımdır və müvafiq olaraq, radikal müxalifətin səsi olmasa, onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın siyasi şurasının iclasında biz prezidentə qarşı impiçment proseduruna başlamaq qərarına gəlmişik”, - Kobaxidze bildirib.
Qeyd edək ki, Zurabişvili hökumət razılıq verməsə də, avqustun 31-də Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlər keçirmək üçün səfərə çıxıb. Hakim partiya daha əvvəl bildirib ki, bu, konstitusiya pozuntusudur və bu, Gürcüstan prezidentinin impiçmenti üçün iki əsasdan biridir.
Prezidentin impiçmenti üçün ölkə parlamentinin 2/3-nin razılığı lazımdır. Parlament çoxluğunun cəmi 84 mandatı var, impiçment üçün isə 100 səsə ehtiyac var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...