Stoltenberq: "Ukraynalıların tədricən irəliləməsi rusları geri oturtması anlamına gəlir"

Stoltenberq: "Ukraynalıların tədricən irəliləməsi rusları geri oturtması anlamına gəlir"
"Ukraynalıların tədricən irəliləməsi və üstünlük əldə etməsi onların rusları geri oturtması anlamına gəlir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stolteneberq CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ukraynalılar çox ciddi şəkildə müdafiə olunan bir neçə ərazini azad edib.

“Minalanmış ərazilərin olduğu bir vaxtda Ukraynaya dəstək vermək daha vacibdir. Biz hamımız bilirik ki, şiddətli və ağır döyüşlər gedir. Ukraynalılar üçün bu asan deyil, lakin onlar irəliləyir, naliyyətlər qazanırlar”, - deyə Stoltenberq bildirib.

NATO Baş katibi qeyd edib ki, alyansın müttəfiqləri Ukraynaya hərbi yardım edir, maliyyə dəstəyi verir, ancaq ən mürəkkəb və çətin qərarları ukyanalı komandirlər verir.

Ukraynanın əks -hücum sürətinin bəzi müttəfiqləri narahat etdiyi bir zamanda NATO rəhbəri bildirib ki, ukraynalılar indiyə qədər böyük uğurlar əldə edib.

“Biz onlara etibar etməliyik. Məsləhət veririk, kömək edirik, dəstəkləyirik. Amma bütün qərarları ukraynalılar verməlidir”, - deyə Stoltenberq bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...