Krımda xüsusi əməliyyat: Ukrayna yarımadanı azad edir?
"Krımı azad etmək üçün Ukrayna xeyli güc sərf etməli, xeyli əziyyət çəkməlidir. Amma Rusiyanın Krımda etibarlı müdafiəsi də yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın Krım yarımadasını yaxın zamanlarda azad etməsi ehtimalını dəyərləndirərkən deyib.
"Ukrayna kəşfiyyat bölmələrinin Krım yarımadasında keçirdikləri xüsusi əməliyyat bu ərazinin Kiyevin hədəfində olmaqla yanaşı, onu geri qaytarmaqda israrlı olduqları barədə Moskvaya ünvanlanan bir xəbərdarlığıdır. Krımın Ukrayna tərəfindən qısa zamanda azad olunacağını düşünmürəm. Ukrayna bunun üçün çox çalışmalıdır”, deyə Üzeyir Cəfərov bildirib.
Ekspert hesab edir ki, Kiyevin əsas hədəfi Krımdır:
"Bunu Ukrayna rəsmiləri gizlətmir. Belə vəziyyətdə Krımda keçirilən xüsusi əməliyyat Rusiyaya psixoloji təzyiq vasitəsidir. Onun nəticəsidir ki, Krımda ciddi panika yaşanır. Bu isə o deməkdir ki, Rusiyanın Krımda etibarlı müdafiəsi yoxdur. Rusiyanın silahlı qüvvələri diversiyaların qarşısını almaq gücündə deyil”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusovun məlumatına görə, bir neçə gün bundan öncə Ukrayna kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Rusiya tərəfindən 2014-cü ildə işğal olunan Krım yarımadasına daxil olublar:
"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri xüsusi əməliyyat çərçivəsində desant çıxarıb, bütün tapşırıqlar yerinə yetirilib. Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə daxil olub. Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə xüsusi əməliyyat keçirib, məqsədə nail olunub, şəxsi heyət arasında itki olmayıb. Əməliyyat davam edir”.
599 dəfə oxundu