Ukrayna kəşfiyyatçıları Krıma daxil olub, xüsusi əməliyyat keçirilib

Ukrayna kəşfiyyatçıları Krıma daxil olub, xüsusi əməliyyat keçirilib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında xüsusi əməliyyat keçirib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib.

Onun sözlərinə görə, xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri keçirib: “Əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir”.

A.Çernyak bildirib ki, Ukrayna hərbçiləri tapşırığı uğurla yerinə yetirərək geri qayıdıblar: “Bu, reyd xarakterli əməliyyat idi. Biz göstərdik ki, Ukrayna ordusunun şəxsi heyəti üçün Krım tamamilə əlçatandır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...