Sarkisyanın kürəkəninə qarşı yeni ittiham irəli sürülüb
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyana qarşı yeni ittiham irəli sürülüb və o, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda təqsirləndirilir.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Dzora SES” QSC-nin dövlət mülkiyyəti olan səhmlərinin ucuz qiymətə satılması ilə bağlı 2020-ci ilin yazında başlanan cinayət işində ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın da adı hallanır.
İlkin araşdırma zamanı məlum olub ki, 2010-cu ildə müdafiə nazirinin imzaladığı gizli hökumət qərarı ilə “Dzora SES” QSC-nin 4,6 milyard dramdan (təxminən 9 milyon dollar) çox dəyəri olan səhm paketi satışa çıxarılıb və “Dzoraqet Hidro” MMC tərəfindən 3,6 milyard drama (7 milyon dollar) özəlləşdirilib.
Bunun ardınca müxtəlif güzəştlər (əsasən vergi güzəştləri) əldə edə bilməsi üçün “Dzoraqet Hidro” MMC kiçik su elektrik stansiyaları siyahısına daxil edilib.
Bunun nəticəsində şirkət 2012-2016-cı illərdə 3,7 milyard dramdan (təxminən 9,6 milyon dollar) çox əlavə mənfəət əldə edib. Minasyan da öz növbəsində şirkətin 30 faiz səhmlərinə sahib olduğu üçün cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda ittiham olunur.
551 dəfə oxundu