Reznikov bu ölkəyə səfir göndərilir - Qalmaqal

Reznikov bu ölkəyə səfir göndərilir -
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Kiyevin Britaniyadakı səfiri təyin oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Avropa Həmrəyliyi Partiyasından olan deputatı Aleksey Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, Prezident Ofisi artıq britaniyalılarla məsləhətləşib və onlar Reznikovun namizədliyini müsbət qarşılayıblar.

Qonçarenko bildirib ki, Reznikovun vəzifədən uzaqlaşdırılması barədə Prezident Ofisində çoxdan söhbət gedir. Buna səbəb isə Müdafiə Nazirliyinin ordu üçün ərzaqları şişirdilmiş qiymətə alması ilə bağlı məlumatın ortaya çıxması olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...