Podolyak: Ukraynanı qorumaq üçün 10-12 "Patriot" sisteminə ehtiyacımız var
Ukraynanın ölkə ərazisini qorumaq üçün 10-12 "Patriot" sisteminə ehtiyacı var.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “The Guardian“a müsahibəsində bildirib.
"Rusiyanın taktikası aydındır: onlar bizim hava hücumundan müdafiə sistemlərimizi alt-üst etmək üçün kütləvi dron hücumlarından istifadə edirlər, sonra isə paralel olaraq infrastrukturumuza hücum etmək üçün ballistik raketlərdən istifadə etmək imkanına malikdirlər. Bizdə Rusiyanın "Oniks" və "Dagger" kimi yeni nəsil raketlərini vurmaq üçün "Patriot" kimi müasir zenit sistemləri çatışmır. Bu sistemlərin çatışmazlığı səbəbindən biz ölkənin bütün ərazilərini qoruya bilmirik", - o deyib.
Podolyakın sözlərinə görə, Ukraynaya bütün ölkəni qoruya bilməsi üçün 10-12 "Patriot" və ya buna bənzər sistem lazımdır.
O əlavə edib ki, Odessaya son zərbələr hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin həm iqtisadi, həm də mənəvi baxımdan düzgün addım olduğunu göstərib.
"Bütün bunları daha sonra bərpa etmək Cənubu qorumaq üçün "Patriot" sistemini təmin etməkdən daha bahalı olacaq", - Podolyak qeyd edib.
1023 dəfə oxundu