Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu SİLDİ

Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu
Rusiya Afrika ölkələrinin ümumilikdə 23 milyard dollar borcunu silib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya inkişaf üçün Afrika ölkələrinə təxminən 90 milyon dollar ayıracaq.

O, Moskvanın ticarət imtiyazları verməklə Afrika qitəsinin inkişafına kömək etmək niyyətində olduğunu vurğulayıb:

“Rusiya da Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində iştirak edir. Bu günə kimi silinmiş borc 23 milyard dollardır. Afrika ölkələrindən gələn son müraciətlə biz 90 milyondan çox vəsait ayıracağıq”.

Qeyd edək ki, iyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində Somalinin 684 milyon dollardan çox dövlət borcunu silib. Bu barədə məlumatı Somalinin baş nazirinin müavini Salah Əhməd Cama yayıb. Onun sözlərinə görə, Rusiya Afrika dövlətinin 7,5 milyon dollar və 684 milyon dollardan çox olan iki borcunu bağışlayır. O vurğulayıb ki, Somali Rusiyaya qalan borcları yeni qrafikə əsasən qaytaracaq.

Məlumata görə, 1992-ci ildən bəri Rusiya müxtəlif ölkələrə təxminən 152 milyard dollar borcunu bağışlayıb. Rəsmi olaraq Rusiya Federasiyasının hakimiyyət orqanları bu məlumatı təsdiqləməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...