FED uçot dərəcəsini 22 ilin ən yüksək səviyyəsinə qaldırdı

FED uçot dərəcəsini 22 ilin ən yüksək səviyyəsinə qaldırdı
ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 5,25% - 5,50%-ə çatdırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə FED məlumat yayıb.

"Komitə (Açıq Bazar Komitəsi-red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və inflyasiya 2% səviyyəsində nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,50%-ə qədər artırmaq qərarına gəlib", - məlumatda deyilir.

Qeyd edək ki, bununla faiz dərəcələri 2001-ci ilin yanvarından bəri (son 22 ildə) ən yüksək səviyyəyə qalxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...