Çinli hakerlər ABŞ səfirinin e-poçt hesabını ələ keçirdi

  Çinli hakerlər ABŞ səfirinin e-poçt hesabını ələ keçirdi
Çinin “Storm-0558” haker qrupu ABŞ-ın Pekindəki səfiri Nikolas Bernsin və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə müşaviri Daniel J. Kritenbrinkin elektron poçt ünvanını ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, e-poçt ünvanları kəşfiyyat məlumatlarının toplanması məqsədilə ələ keçirilib.
Sözügedən hadisəyə görə “Microsoft” və Ağ Ev Çin hökumətini günahlandırıb.
Çində yerləşən və "Fırtına-0558" kimi tanınan haker qrupunun ABŞ-ın Pekindəki səfiri Bernsin və bu yaxınlarda Çinə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenin və müşavirin müavini Kritenbrinkin e-poçt hesablarını hədəf aldığı bildirilir.
Haker qrupunun sındırdığı e-poçt hesabları vasitəsilə ABŞ-ın daxili siyasəti ilə bağlı məsləhətləşmələri və ölkənin yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri ilə bağlı məlumatlara daxil ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Ağ Ev və “Microsoft” iyulun 12-də ABŞ qurumlarını hədəf alan kiberhücum olduğunu və hücumun Çinli hakerlər tərəfindən həyata keçirildiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...