Rusiya Krım körpüsündəki partlayışa görə “Xudayar Yusifzadə” gəmisini suçlayır

Rusiya Krım körpüsündəki partlayışa görə “Xudayar Yusifzadə” gəmisini suçlayır
Rusiya mətbuatı iyulun 17-də Krım körpüsünə təşkil olunan dron hücumunda Türkiyəyə məxsus iki mülki gəmini suçlayır.

Musavat.com xəbər verir ki, RİA Novosti Agentliyi Marine Traffic beynəlxalq suda hərəkət izləmə sisteminə istinad etməklə körpüyə çırpılan dronların Türkiyəyə məxsus “Xudayar Yusifzadə” gəmisi və “Beks Loyal” tankerindən buraxıldığına dair məlumat yayıb.

“Beks Loyal” tanekirinin sahibi ilan Beks Ship Management And Trading S.A. şirkətinin əməliyyatlar departamentinin rəhbəri Efe Tunalı Rusiya mətbuatına bildirib ki, onlara məxsus tanker hadisə yerindən çox uzaqda olub: “Marine Traffic sistemindən də aydın görünür ki, bizim tankerimiz hadisə baş verən vaxt Krım körpüsündən 100 mil uzaqda olub. Tankerin əvvəlki icarədarı da, indiki də Rusiya vətəndaşıdır. Biz sırf Rusiya mallarının daşınmasını həyata keçiririk. Tankerimizin adının Krım körpüsünün partladılmasında hallanmasından çox dərin narahatlıq keçiririk”.

Azərbaycanın 44 günlük Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin adını daşıyan gəminin sahibi olan “Palmali” şirkəti hələlik iddia ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, RİANovosti öz iddiasını RaHDit adlı haker qrupunun hadisə vaxtı yaxınlıqda olan gəmilərlə bağlı məlunatı ilə əsaslandırıb. Qrup hadisə yerinin yaxınlığında olan çoxsaylı gəmilərin adlarını, marşrutlarını açıqlasa da, agentlik nədənsə məhz Türkiyəyə məxsus gəmiləri hədəf seçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...