Kadırov gələn seçkilərdə iştirak edəcək: "Yerimə kimsə axtarılmır"

Kadırov gələn seçkilərdə iştirak edəcək:
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikaya rəhbərlik seçkilərində iştirak etməyi planlaşdırdığını açıqlayıb.

KONKRET.az Rusiya KİV-ə istinadla bildirir ki, Çeçenistan lideri regional hökumətin iclasında deyib:

“Müddət bitdikdən sonra Allahın izni ilə mən yenidən seçkiyə gedəcəyəm və xalq seçsə, işimi davam etdirəcəyəm”.

Kadırov vətəndaşları onu “qovmaq” və yerinə başqa adam təyin etmək istədikləri barədə şayiələrə inanmamağa çağırıb. Siyasətçi onun yerində “heç kimin axtarılmadığını” və kiminsə axtarılmasına “zərurətə imkan verməyəcəyini” vurğulayıb.

Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir. 2021-ci ildə rəsmi rəqəmlərə görə, o, öz rekordunu qıraraq 99,7% səslə seçkilərdə qalib gəlib. Kadırovun səlahiyyət müddəti 2026-cı ildə başa çatır.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Kadırovun siyasi fəaliyyətinə necə başladığını və Qroznının regiona rəhbərlik etdiyi anda necə baxdığını xatırlasaq, Çeçenistandakı səsvermənin nəticələri aydınlaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...