Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, iyulun 12-də səfir Aleksey Dedov İran XİN Körfəz ölkələrinin baş direktoru Məhəmməd Mehdi Maleki tərəfindən nazirliyə çağırılıb. Ona İranın Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında strateji danışıqların yekun bəyanatında yer alan məzmuna etiraz çatdırılıb.

Məlumata görə, Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları haqqında verilən bəyanat İranı qane etməyib. Bu adaları İran öz ərazisi, Birləşmiş Ərəb Əmirlikləri isə özününkü sayır. Nazirlik Rusiyanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə çağırıb.

Qeyd edək ki, iyulun 10-da Moskvada Omanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşü keçirilib. Görüşdən sonra birgə bəyanat qəbul edilib. Sənəddə adıçəkilən adalarla bağlı bir neçə dəfə İrana qarşı fikirlər yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...