Voronejdə “vaqneçilər”lə hökumət qüvvələri arasında döyüş gedir

Voronejdə “vaqneçilər”lə hökumət qüvvələri arasında döyüş gedir
“Voronej vilayəti ərazisində “Vaqner” qrupunun bölmələri ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar gedir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları müvafiq videolar dərc edərək məlumat yayıblar.
“Voronejin Verxniy Mamon kəndində partlayış səsləri eşidilir. Kənd Rostovdan Voroneja gedən yoldadır”, - “Sota” teleqram kanalı abunəçilərin mesajlarına istinadən yazıb.
“Voronej vilayəti. Partlayışlar, atışmalar. Aviasiya “Vaqner” PMC qırıcılarının hərəkət etdiyi M-4 magistralına zərbələr endirir”, - “VChK –OGPU” kanalı xəbər verib.
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...