Ukrayna ordusu Xersonla Krımı birləşdirən körpünü vurdu - FOTO/VİDEO
Krımdakı Çonqar körpüsünə kütləvi raket hücumu həyata keçirilib.
Bu barədə yarımadanın Rusiya administrasiyasının rəhbəri Sergey Aksyonov “Telegram” kanalında məlumat verib.
Aksyonovun sözlərinə görə, zərbə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda partlayıcı üzrə ekspertlər araşdırma aparırlar.
“İxtisaslaşdırılmış xidmətlərin mütəxəssisləri yolun hərəkət hissəsinə baxış keçirməyə başlayıblar. Nəqliyyatın hərəkətinin mümkün olub-olmayacağı barədə yaxında məlumat veriləcək”, - deyə o qeyd edib.
Krım kütləvi informasiya vasitələri hadisə şahidlərinə istinadən “Cankoy-Çonqar” keçid məntəqəsinin arxasındakı körpünün zədələnməsi barədə paylaşımlar edirlər.
“Hələlik müxtəlif istiqamətlərdən gələn üç maşın burada ilişib qalıb”, - deyə yerli sakinlər bildirirlər.
Xerson vilayətinin Rusiya administrasiyasının rəhbəri Vladimir Saldo Ukrayna Silahlı Qüvvələrini Krım və Xerson vilayətinin inzibati sərhədində bir neçə körpünü vurmaqda ittiham edib. Onun sözlərinə görə, hücum üçün Britaniyanın “Storm Shadow” qanadlı raketlərindən istifadə edilib.
“Xerson vilayəti ilə Krım arasında əlaqə davam edir - müvəqqəti olaraq nəqliyyat vasitələrinin ehtiyat marşrutu üzrə hərəkəti təşkil olunub”, - deyə o əlavə edib.
603 dəfə oxundu