Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı - KƏSKİN AZALIB

Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı -
Türkiyə Statistika Komitəsi (TUK) 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı barədə məlumatları açıqlayıb. GUNDEMİNFO.AZ xəbər verir ki, 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı 2022-ci ilin may ayı ilə müqayisədə 46,9% azalaraq 3 min 167 olub. May ayında xaricilərə ev satışının ümumi ev satışlarında payı 2,8% təşkil edib. Xaricilərə ev satışı ən çox (1245 ev) Antalyada olub. İstanbulda xaricilərə 934 ev, Mersində 249 ev satılıb.
Ətraflı

Milliyyətinə görə ən çox ev satışı Rusiya vətəndaşlarına edilib

May ayında Rusiya vətəndaşları Türkiyədən 991 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 503 ev alışı ilə İran, 175 ev alışı ilə Ukrayna və 129 ev alışı ilə Almaniya vətəndaşları gəlir.

May ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 ev alıblar. Ötən ilin may ayında azərbaycanlıların ev alışı 118 idi.

2023-cü ilin ilk 5 ayında (yanvar- may) Azərbaycan vətəndaşları Türkiyədə 336 ev alıblar. Ötən ilin eyni dövründə bu say 571 ev idi.

Türkiyədə evlərin bahalaşması və zəlzələlər nəticəsində binaların uçması alışların düşməsinə səbəb olur.

2023-cü ilin aprel ayı ilə müqayisədə isə mayda Azərbaycan vətəndaşları 21 ev daha çox alıblar. Azərbaycanlılar Apreldə Türkiyədə 54 ev almışdılar.

Ötən il azərbaycanlar Türkiyədə 1330 ev alıblar. (Marja)


Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...