Rusiyada deputat qətlə yetirilib

  Rusiyada deputat qətlə yetirilib
Rusiyada deputatın meyiti tapılıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Yuqradan seçilmiş deputat Aleksandr Kolodiçin meyiti Yeni Moskvadakı bir evdə tapılıb.
“Deputatın meyiti Yeni Moskvada fərdi evlərdən birinin zirzəmisində tapılıb. Mənbə bildirib ki, kişinin bədənində zorakılıq izləri aşkar edilib”, - məlumatda deyilir.
Mənbənin sözlərinə görə, siyasətçinin həyat yoldaşı isə xəsarət alıb:
“O, bıçaq xəsarətləri ilə aşkarlanıb və xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar. Qətl və hücumda əsas şübhəli şəxs cütlüyə şəhərətrafı əraziyə nəzarət etməyə kömək edən işçidir. Kişi saxlanılıb”.
Aleksandr Kolodiç 20 mart 1965-ci ildə Omsk vilayətinin Sedelnikovo rayonunun Sedelnikovo kəndində anadan olub. Nefteyuqanskda təhsil alıb və 90-cı illərdə bizneslə məşğul olub , 2000-ci illərdə isə siyasətə başlayıb. O, VII çağırış Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının Vahid Rusiyadan deputatı və yeddinci çağırış Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının büdcə, maliyyə və vergi siyasəti üzrə komitəsinin sədri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...