"Xaotik 72 saat". Rusiya Ukraynanın əks-hücumuna hazır deyil - CNN

"Xaotik 72 saat". Rusiya Ukraynanın əks-hücumuna hazır deyil -

Xaotik 72 saat Rusiyanın Ukraynanın əks-hücumuna hazır olmadığını nümayiş etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Materialda deyilir ki, cəbhələrdə nəqliyyatın hərəkəti və artilleriya zərbələri müşahidə edilir, mütəmadi olaraq işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərində partlayış səsləri eşidilir.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov əks-hücum üçün hazırlıqların "başa çatmaq üzrə olduğunu”, prezident Volodimir Zelenski isə əks-hücumun olacağına əmin olduğunu bildirib, lakin dəqiq başlama tarixini açıqlamayıb.

"Ola bilsin ki, artıq başlayıb; bəlkə də ona cəmi bir neçə həftə qalıb. Bilmirik və bu fakt Ukraynanın ilkin mərhələdə uğurunun ciddi göstəricisidir”, deyə məqalədə qeyd edilir.

Bildirilir ki, Xarkov vilayəti və Xersondan geri çəkildikdən sonra rusiyalıların Ukraynanın növbəti ehtimal hədəfi olan Zaporojye vilayətinə əks-hücumuna hazırlaşmaq üçün ən azı yeddi ay vaxtı var idi.

"Bu hazırlıq, kosmosdan görünən nəhəng xəndək müdafiə şəbəkələri ilə həyata keçirildi. Onların nəhəngliyi 2023-cü ildə mütləq kompliment kimi qəbul edilə bilməz. Onlar həqiqətən böyükdür, amma hər kəs bunu "Google"da tapa bilər. Dəqiq raketlər və sürətli zirehli nailiyyətlər dövründə bu çox yaxşı hərəkət hesab edilmir", deyə jurnalistlər qeyd edirlər.

CNN yazır ki, Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazır olmamasına ən çox işarə edən son 72 saatdır. Bunu bir sıra amillər sübut edir:

Birincisi, Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Mixail Mizintsev vəzifəsindən azad edilib. Müdafiə Nazirliyi onun işdən çıxarılması barədə açıqlama verməyib, yalnız yerinə Aleksey Kuzmenkovun keçməsi barədə məlumat verilib.

"Rusiya üçün fəlakətli müharibədə "Mariupol qəssabı” adı ilə tanınan Mizintsevin, şübhəsiz ki, işdən çıxarılmasına əsas verən kifayət qədər kobud səhvləri olub. Amma bu "niyə indi” sualına cavab vermir. Ukrayna əks-hücumu ərəfəsində ordunun əsas hərbi məmurlardan birini vəzifəsindən uzaqlaşdırmaqla Moskva xaos barədə siqnalı verir”, deyə məqalədə bildirilir.

İkincisi, jurnalistlər "Vaqner”in başçısı Yevgeni Priqojinin "bazar günü muzdlularının üzləşdiyi problemlərin tam miqyasını ortaya qoyduğu daha bir böyük müsahibə verməyə qərar verən" bəyanatına da diqqət yetiriblər.

Priqojinin sözlərinə görə, döyüşçülərinin sursatı o qədər azdır ki, onlar minlərlə həyat bahasına ələ keçirməyə çalışdıqları strateji əhəmiyyətsiz Baxmut şəhərindən geri çəkilməli ola bilərlər.

Rusiyanın döyüş sursatlarının azlığı çoxdan məlumdur, lakin əks-hücum ərəfəsində belə bir bəyanatın verilməsi ehtimal olunan uğursuzluqla bağlı günahı öz üzərindən atmaq cəhdi kimi görünür.

"Ukraynanın hərəkətlərinin başlaması vaxtı get-gedə azalır. Onların emosional vəziyyəti və ya məqsədi haqqında bildiklərimiz praktiki olaraq sıfırdır. Amma Moskvanın daxili qərarsızlığının, rəqabətinin və parçalanmasının dərəcəsi getdikcə artır”, deyə məqalədə qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...