Ərdoğan: “Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib", - Türkiyə lideri deyib.

“Güclü Türkiyə vətəndaşları üçün qürur mənbəyidir. Terrorçular artıq başlarını qaldıra bilmirlər, bu da Avropanın təhlükəsizliyinə töhfə verir, amma bunu anlamırlar, hətta müdafiə edirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”, - Ərdoğan deyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...