Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.

"Report" xəbər verir ki, bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub.

Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...