Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"

Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"

“Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Ukraynaya dəstək davam etməsə, dünya nizamı və təhlükəsizliyi dağılacaq”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

O bildirib ki, söhbət təkcə Ukraynanın taleyindən getmir: “Biz həm də beynəlxalq təhlükəsizliyi nəzərə almalıyıq. Əgər Ukraynaya dəstək dayansa, dünya dövlətləri elə biləcəklər ki, qonşu ölkəni işğal etmək olar. Yəni başqa dövlətlər də buna cəhd edə bilərlər. Belə olarsa, dünya təhlükəsizliyi məhv olacaq”.

Kuleba Kiyevə dəstəyin davam edəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...