Ərdoğan: "Putin aprelin sonunda Türkiyəyə səfər edə bilər"

Ərdoğan: "Putin aprelin sonunda Türkiyəyə səfər edə bilər"

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edəcək və Akkuyu AES-də nüvə yanacağının doldurulması mərasimində iştirak edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, Ərdoğan rusiyalı həmkarının mərasimə onlayn qoşula biləcəyini də istisna etməyib.
Ətraflı

"Ola bilsin ki, aprelin 27-də cənab Putin də gələcək, ya da biz onlayn sistem vasitəsilə birləşəcəyik və ümid edirəm ki, ilk addımı atacağıq”, - o, AES-də baş verənləri şərh edərkən deyib.

DikGazete xəbər verir ki, bundan əvvəl Türkiyə tərəfinin Putinin səfərinə hazırlığı başa çatdırması və indi onun gəlişini gözləməsi xəbəri yayılıb. Qəzet iddia edib ki, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş verən zəlzələdən zərər çəkmiş əyalətlərə səfər edəcək və müxtəlif sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığını müzakirə edəcəklər. Kreml Türkiyənin Rusiya prezidentinin səfərinə hazırlığı ilə bağlı məlumatları təkzib edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...