Muharrem İnce Türkiyədəki bütün sənətçilərdən üzr istədi

Muharrem İnce Türkiyədəki bütün sənətçilərdən üzr istədi

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce işlətdiyi ifadəyə görə bütün sənətçilərdən üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
“Üzərimizə çox gəldilər. Normalda heç istifadə etmədiyim ifadə olmasına baxmayaraq mətbuat konfransında ağzımdan “dırnaqarası sənətçilər” şəklində bir ifadə çıxdı. Üzülərək gördüm ki, bunu öz üzərinə götürən qiymətli sənətçilərimiz olub. Bu ifadə səbəbindən sözügedən qiymətli sənətçilərimiz də daxil olmaqla ölkənin bütün sənətçilərindən üzr istəyirəm. Nə deyirlər desinlər, nə edirlər etsinlər, sənətçilərin başımızın üzərində yerləri var”, - paylaşımda bildirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...