Əfqanıstanda XİN yaxınlığında partlayış - Ölənlər var

Əfqanıstanda XİN yaxınlığında partlayış -

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış meydana gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verib.
Kabil polisinin sözçüsü Xalid Zadran bildirib ki, terrorçu-kamikadze Nazirliyin yaxınlığındakı keçid məntəqəsində müəyyən edilib:
"Kamikadze hədəfə çatmamış nəzarət-buraxılış məntəqəsində müəyyən edilib və öldürülüb, lakin onun partlayıcısı işə düşüb".
Qeyd olunur ki, azı 6 dinc sakin həlak olub, bir neçə nəfər yaralanıb.
Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...