“Yeni mənzil almaq istəyirəm, amma köhnəni istədiyim qiymətə sata bilmirəm” - Paşinyan
Ermənistanın müdafiə naziri Suren Papikyanın 168 min dollara özünə yeni ev almasına ölkənin Baş naziri Nikol Paşinyan münasibət bildirib.
Yeniavaz.com “news.am”a istinadən bildirir ki, Nikol Paşinyan müdafiə nazirinin yeni ev almasında heç bir qəbahətin olmadığını bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistanda bəzi mətbuat orqanlarında Suren Papikyanın ev almasında şübhəli məqamların olduğu yazılıb. Ermənistan mətbuatı yazıb ki, Suren Papikyan İrəvanda bahalı mənzil alıb və sövdələşmə 2022-ci ilin yayında baş tutub. Nazirin satın aldığı evi hökumətə bağlı olan iş adamı - keçmiş deputat Aşot Arsenyanın şirkəti tikib. Mətbuatın məlumatına görə, Suren Papikyan bu mənzili 168 min dollara alıb və bu gün onun qiyməti 412 min dollardır.
Paşinyan bildirib ki, o müdafiə nazirinə evini 300 min dollara satmağı təklif edib. Baş nazir mətbuat konfransında iştirak edən jurnalistlərə təklif edib ki, əgər kimsə həmin evin 400 min dollar olduğunu iddia edirsə, o evi 300 minə alıb 400 min dollara sata bilər və qısa müddətdə 100 min dollar qazanar.
Paşinyan onu da qeyd edib ki, əgər həmin jurnalistlərdən kiminsə pulu yoxdursa, bankdan da kredit ala bilər: “Qısa müddətdə 100 min dollar gəlir olacaq. İstənilən bank bu cür gəlirli sövdələşməyə kredit ayırmaqdan məmnun olacaq. Mən cənab Papikyandan üzr istəyirəm ki, onun şəxsi işlərinə qarışıram. Amma mən təkid edirəm ki, o, bu evi 300 min dollara satsın. Görək bu evin 400 min dollar olduğunu iddia edən jurnalistlər və QHT nümayəndələri bu evi alacaqlarmı?”
Paşinyan onu da bildirib ki, 2018-ci ildən bu günə kimi Ermənistanda 25 000 nəfər mənzil alıb: “Onlardan biri də müdafiə naziridir. Müdafiə nazirinin o evi hansı pulla aldığını bilmək istəyrisinizsə, bu yaxınlarda açıqlanacaq gəlir bəyannaməsinə baxa bilərsiniz”.
Baş nazir onu da deyib ki, o da özünə yeni mənzil almaq istəyir: “Hayrenik kinoteatrının yanındakı köhnə mənzilimi yenisini almaq üçün satmaq istəyirəm, amma istədiyim qiymətə sata bilmirəm”.
528 dəfə oxundu