Türkmənistanda xaricə getmək istəyən özünə zamin tapmalıdır

Türkmənistanda xaricə getmək istəyən özünə zamin tapmalıdır

Türkiyəyə gedən Türkmənistan vətəndaşlarına hökumətə qarşı fəaliyyətlə məşğul olmayacaqları haqda bəyanat imzalatdırırlar. Onlar həmçinin səfərləri üçün “zamin” tapmalıdırlar. Bunu Türkmənistanda yerləşən insan haqları təşkilatı bildirir.

Bir müddət öncə Aşqabad Türkiyədən onu vizasız ölkələr siyahısından çıxarmasını istəmişdi. Bu, türkmən ekspatların avtoritar rejimə qarşı etirazlarından sonra baş vermişdi. Türkmənistan hökuməti isə xahişinə məhz həmin etirazların səbəb olmasını danıb, əslində xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək istədiyini bildirib.

Sentyabrda Türkiyə Türkmənistan vətəndaşları üçün yeni viza məhdudiyyətləri tətbiq etdi.

Türkmənistan Helsinki İnsan Haqları Federasiyası martın 6-də xaricdə yaşayan iki türkmən blogerlər ötən ay Türkiyəyə getmiş türkmənistanlının müsahibəsini yayıb.

Qadamadlı vətəndaş deyib ki, səyahət üçün “zamin”in gəliri azı 2 min manat (qara bazar məzənnəsiylə 100 dollar) olmalıdır.

“Zəmanət məktubu olmasa, viza verilmir. Şəxs viza bitənəcən evinə qayıtmasa, zamin işdən çıxarıla bilər”, – Qadam vurğulayıb.

Azadlıq Radiosunun türkmən xidməti bu informasiyanı təsdiqlədib. Zamin dövlət qulluqçusu olmalıdır. Bu isə ailə üzvləri hökumətdə çalışmayan türkmənlər üçün problem yaradır.

Aktivizmlə məşğul olmamaq vədinə gəlincə, Qadam deyir ki, Türkiyəyə viza alandan sonra onu yerli polis şöbəsinə çağırıblar. Orada məcburən imza atdığı sənəddə vəd edib ki, “hokumətimizi tənqid edən yürüşlərdə və etirazlarda, internetdə siyasi məsələlər üzrə müzakirələrdə iştirak etməyəcək”.

İnternetdə siyasi baxımdan məqsədəuyğun sayılmayan videoları “bəyənmə”yə də qadağa da bəyanata salınıb.

“Freedom House” insan haqları təşkilatının martın 9-da yaydığı illik hesabatında Türkmənistan yenə də vətəndaş azadlıqlarına görə “pislərin pisi” seçilib, yalnız Suriya və Cənubi Sudandan geri qalıb.

Ancaq ölkənin on ilə yaxındır davam edən iqtisadi böhranı Türkiyəyə mühacirəti gücləndirib. Miqrasiya xidməti yanvarda Türkiyədə 220 min türkmənin olduğunu bildirib.

İki ilə yaxın ölkədən uçuşlara qadağa sayəsində bu tendensiya səngiyib. Koronavirus pandemiyasından dolayı tətbiq olunan tədbirlər ötən il qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...