Ukrayna HHM Rusiyanın atdığı raketlərin 80 %-ni zərərsizləşdirir

Ukrayna HHM Rusiyanın atdığı raketlərin 80 %-ni zərərsizləşdirir
Ukrayna hərbi hava müdafiəsi Rusiyanın atdığı raketlərin 80 %-ni vurur.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev bildirib.

“Hazırda vurulan raketlərin faizi çox dəyişib və 80-ə bərabərdir. Bəzi hallarda isə hətta daha çoxdur. Bizim hava hücumundan müdafiə mütəxəssislərimiz daha peşəkar və bacarıqlı olublar”, - hərbçi deyib.

O əlavə edib ki, Rusiya hava hücumu silahlarından istifadə taktikasını və üsullarını dəyişir. Buna görə də Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin hər bir hücumunu təhlil edir və müvafiq qərarlar qəbul edir ki, hava hücumundan müdafiə sisteminin dayanıqlığı ən yüksək səviyyədə olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...