"Müharibə yayın sonunadək başa çatacaq" - Ukrayna kəşfiyyatının rəhbəri:

 "Müharibə yayın sonunadək başa çatacaq" -
“2023-cü il yayın sonunadək Ukrayna Silahlı Qüvvələri 1991-ci ilin sərhədlərinə çatacaq və müharibə başa çatacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya pravda”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün bütün imkanları var: “Genişmiqyaslı müharibənin baş qəhrəmanı Ukrayna xalqıdır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov qarşıdakı bir-iki ayın müharibənin taleyi üçün həlledici olacağını söyləmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...