Tacikistanda və Qazaxıstanda güclü zəlzələ baş verib

Tacikistanda və Qazaxıstanda güclü zəlzələ baş verib


Tacikistanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqaba qəsəbəsindən 66 km cənub-qərbdə yerləşib. Zəlzələnin mərkəzi 20 km dərinlikdə olub.
Daha əvvəl zəlzələnin 7,1 bal gücündə olduğu bildirilib.

Eyni zamanda, Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 08:01-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 424 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...