“Axtarış işləri bitmədən saqqalımı kəsmək içimdən gəlmir”

“Axtarış işləri bitmədən saqqalımı kəsmək içimdən gəlmir”

Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələdən sonra bir çox nazir zəlzələdən əziyyət çəkən bölgələrə səfər edərək vəziyyətlə yaxından tanış olub.

Sözügedən bölgələrdə xidmət edən nazirlərin öz fəaliyyətlərini saqqallı halda davam etdirməsi diqqət cəlb edib.

Bu nazirlərdən biri də ölkənin səhiyyə naziri Fahrettin Koca olub. Koca yerli mediaya açıqlamasında zəlzələ bölgəsində axtarış-xilasetmə işləri başa çatmayana qədər təraş olmayacağını bildirib: “Anadoluda yaxınını itirən şəxs saqqalını dəfndən sonra kəsər. Düzünü desəm, axtarış-xilasetmə işləri başa çatmadan saqqalımı kəsmək içimdən gəlmir, kəsə bilmədim”./Qafqazinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...