Rusiya Kolsk yarımadasındakı qoşunlarının böyük hissəsini itirib

Rusiya Kolsk yarımadasındakı qoşunlarının böyük hissəsini itirib
Rusiya Silahlı Qüvvələrinin Kolsk yarımadasındakı quru qoşunlarının gücü Ukraynanın işğalına qədər beşdə birə qədər azaldılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveç Milli Kəşfiyyat Xidmətinin rəhbəri, vitse-admiral Nils Andreas Stensenes "Barents Observer"ə şərhində bildirib.

Onun sözlərinə görə, bunun nəticələrindən biri Rusiyanın, o cümlədən Norveç yaxınlığında nüvə eskalasiyası həddinin yüksəlməsi ola bilər.

Norveç kəşfiyyatının məlumatına görə, 19-cu kilometr qəsəbəsində, Luostari və Peçenqa qəsəbəsində yerləşən 200-cü əlahiddə motoatıcı briqadanın 1500 hərbçisi həlak olub. Onlar Norveç sərhədindən bir saatlıq məsafədən daha yaxın yerləşirlər.

Briqada fevralın 24-də işğalda iştirak edərək Xarkova doğru istiqamətlənib. Müharibənin ilkin mərhələsində Kolsk yarımadasından olan 200-cü motoatıcı briqada iki tabor səviyyəli taktiki qrupunu itirib. "Barents Observer" ilk ayda 645 nəfərin öldüyünü bildirib, digər media isə ölənlərin sayının daha çox olduğunu yazıb.


Hələ ötən ilin payızında tədris ili başlamazdan əvvəl Murmansk vilayətinin hakimiyyət orqanları Ukraynada valideynləri həlak olan və ya yaralanan məktəblilər üçün pulsuz yeməklər tətbiq edib. 1274 uşaq proqramın əhatəsinə düşüb ki, bu da hərbçi atalar arasında ölüm sayının ciddi göstəricisidir.

Norveç kəşfiyyatı hesab edir ki, 3000 nəfərdən ibarət üç tabor səviyyəli taktiki qrup Ukraynaya göndərilib, onların təxminən yarısı ölüb. Bundan əlavə, Şimal Donanması 100-ə qədər tank və zirehli texnikasını itirib.

200-cü motoatıcı briqadaya əlavə olaraq, Kolsk yarımadasındakı Rusiya quru qoşunları Sputnikdəki 61-ci Əlahiddə dəniz briqadası və Alakurttidəki 80-ci Arktika motoatıcı briqadasından ibarətdir.

Qeyd edək ki, Milli Kəşfiyyat Xidmətinin və Norveç Polisinin Təhlükəsizlik Xidmətinin (PST) təhdidlərinin qiymətləndirilməsində Rusiya Federasiyasından gələn kəşfiyyat təhlükəsi əsas hesab edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...