Podolyak Soledardakı son vəziyyəti açıqlayıb

Podolyak Soledardakı son vəziyyəti açıqlayıb
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Soledarda şəhər döyüşlərinin getdiyini və oraya heç kimin nəzarət etmədiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, “Latinyna TV”nin yayımında bildirib.

“Döyüşlər gedir, çox ağır və qanlı və heç kəs onu tutmayıb, heç kəs ona nəzarət etmir. Təəssüf ki, ona həm də Ukrayna da tam şəkildə nəzarət etmir. Orada təmas döyüşləri gedir. Orada mahiyyət etibarilə şəhər qalmayıb”, - M. Podolyak vurğulayıb.

Xatırladaq ki, daha öncə Prezident Ofisinin rəhbəri Andriy Yermak Soledara heç kimin nəzarət etmədiyini bildirib. Rusiya isə şəhəri tam ələ keçirdiyini açıqlasa da, Ukrayna Ordusu bunu təkzib edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...