Rusiya uşaqları da əsgərliyə hazırlayır
“Rusiya hakimiyyəti uşaqları hərbi xidmətə hazırlamağı planlaşdırır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı niyyəti dəyişməyib və çox güman, heç vaxt da dəyişməyəcək.
İnstitutun ekspertlərinin fikrincə, Rusiya Ukraynada ələ keçirdiyi ərazilərdən gələcək hücumlar üçün istifadə edəcək:
“Putin 2014-cü ildə Ukraynada əldə etdiyi ərazi uğurları ilə heç vaxt kifayətlənməyib. Kreml rəhbəri getdikcə daha çox ekstremal yollarla Ukrayna üzərində nəzarəti ələ almağa çalışdı. O, 2000-ci və və 2010-cu illərin əvvəllərində Ukrayna siyasətinə hakim olmağa cəhd göstərdi. 2014-cü ildə Ukraynaya hərbi müdaxilə etdi və ondan sonra manipulyativ sülh istiqamətində addımlar atdı. Lakin bunlar uğursuz oldu. 2022-ci ildə isə Ukrayna milli kimliyini və dövlətçiliyini məhv etmək üçün soyqırım kampaniyasına əl atdı”.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, V.Putin Rusiyanı uzunmüddətli müharibəyə hazırlayır: “O, dekabrın 7-də bildirdi ki, “xüsusi əməliyyat” uzun çəkəcək. Kreml, çox güman ki, əlavə səfərbərliyə şərait yaradır. Vladimir Putin döyüş meydanındakı uğursuzluqlara baxmayaraq, Ukraynadakı maksimalist məqsədlərini ikiqat artırır. Rusiyanın Belarus ordusunu özünə tabe etmək məqsədi də dəyişməz olaraq qalır. Putinin ABŞ-la bağlı hədəfləri də əvvəlki kimidir. Kreml rəhbəri bu yaxınlarda etdiyi çıxışında hələ də Qərb hegemonluğunu çökdürmək niyyətində olduğunu açıq şəkildə bildirdi”.
Bildirilib ki, V.Putin Ukraynadakı məqsədlərinə çatmaq üçün daha çox qüvvəsini qurban verməkdən çəkinməyəcək.
573 dəfə oxundu