Zelenski ilə olan bütün fotolarını sildi

Zelenski ilə olan bütün fotolarını sildi
Argentina Prezidenti Xavyer Miley Ukrayna lideri Volodimir Zelenski ilə olan birgə fotolarını “X” hesabından silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RTN” portalı yayıb.

Bildirilib ki, Argentina lideri bunu bir neçə gün əvvəl Ağ Evdə Ukrayna və ABŞ prezidentləri arasında baş verən mübahisədən sonra edib:

“Miley Donald Trampın strategiyasına tam riayət etmək qərarına gəlib və “X” sosial şəbəkəsində Volodimir Zelenski ilə olan bütün fotolarını və məlumatları silib”.

Qeyd edək ki, X.Miley Trampın pərəstişkarı kimi tanınır. O, bundan əvvəl ABŞ liderini “dahi prezident” adlandırmışdı. Bununla yanaşı, Miley seçkiqabağı kampaniyası zamanı “Mini-Tramp” ləqəbini qazanmışdı.

Onu da xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib. Bu gün isə Donald Trampın Ukraynaya hərbi yardımı dayandırdığı məlum olub.

Zelenski ilə olan bütün fotolarını sildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...