Zaqatalada yeni doğulan daha bir körpə öldü

Zaqatalada yeni doğulan daha bir körpə öldü
Zaqatalada yeni doğulan körpə ölüb.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvanə Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu, son bir həftədə bu xəstəxanada ikinci körpə ölümü faktıdır. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova da doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...